AZ

Dominikan işıqsız qalıb

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Dominikan Respublikasında qəza səbəbindən elektrik enerjisinin tam kəsilməsi baş verib və milli polis asayişi qorumaq üçün səfərbər edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli "Diario Libre" qəzeti məlumat yayıb.

Noyabrın 11-də yerli vaxtla saat 19:00-a (noyabrın 12-si Bakı vaxtı ilə saat 03:00) ölkənin enerji təchizatının cəmi 30%-dən bir qədər çoxu bərpa olunub.

Bundan əvvəl Dominikanın dövlət enerji şirkəti ETED məlumat verib ki, fasilə ölkənin şərq hissəsində iki böyük elektrik stansiyasında baş vermiş qəza nəticəsində baş verib.

Ölkənin Milli Polisi öz Facebook səhifəsində asayişi qorumaq üçün bölmələrinin yerləşdirilməsinə göstəriş verdiyini açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
bakivaxti.az

2Mənbələr