AZ

Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan xadimə azadlığa buraxıldı

Ali Məhkəmədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini Əmir Şirinbəylinin evindən 244 min 790 manatlıq oğurluq etməkdə ittiham olunan Ruhiyyə Məmmədovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, ona 3 il 8 ay 20 gün müddətində azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Ruhiyyə Məmmədova cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunub.


İttiham aktına görə, Ruhiyyə Məmmədova KOBİA katibliyinin sədr müavini Əmir Şirinbəylinin evində xadimə işləyib. O, evdən 244 min790 manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinir.


Qadın baş vermiş cinayət əməlində özünü təqsirli bilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Ruhiyyə Məmmədovanın cəzası 5 ilə endirilmişdi. 

 

Kamal Məmmədov 

Tarix: 12 Noyabr 2025, 08:44   
Seçilən
14
3
pravda.az

4Mənbələr