AZ

Haber Global : Gürcüstanda qəzaya uğrayan C 130 təyyarəsinin qara qutusu Türkiyəyə gətiriləcək

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Azərbaycandan Türkiyəyə uçan və Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan "C-130 hərbi" yük təyyarəsinin qara qutusu Türkiyə tərəfindən araşdırılacaq və ABŞ-yə göndərilməyəcək.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, mütəxəssislər təyyarənin qara qutusunun bu gün ərzində tapılacağını proqnozlaşdırırlar.

Həmçinin bildirilib ki, hərbi təyyarələrdə iki qara qutu olur - biri pilotların danışıqlarını qeyd etmək, digəri isə qeyd sistemləri üçün istifadə olunur.

Qeyd edək ki, qəza nəticəsində 20 türk əsgəri həlak olub. Hadisə baş verəndən dərhal sonra bölgəyə axtarış-xilasetmə qrupları və texniki araşdırma qrupları göndərilib.

Daha ətraflı "Haber Global"ın süjetində:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
2
baku.ws

3Mənbələr