Pakistanın Baş naziri Şərif bu gün İslamabadda məhkəmə binasının yaxınlığında baş verən partlayışa, eləcə də 10 noyabrda Pakistan-Əfqanıstan sərhədində yerləşən Vana şəhərindəki hərbi akademiyaya edilən hücuma görə Hindistanı günahlandırdı.
Vətəninfo.az xəbər verir ki, o, “Əfqan Talibanının Hindistanın təmsilçisi kimi çıxış etdiyini” söylədi. Pakistanın baş naziri vurğuladı: “Terrorizm aradan qaldırılana qədər onlara qarşı müharibəni davam etdirəcəyik”.
İki ölkə arasında davam edən gərginlik fonunda Pakistan Hindistanla sərhədə hərbi hissələr yerləşdirib.