AZ

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqlədi

BAKI, 12 noyabr. TELEQRAF

Gürcüstan ərazisində qəzaya uğrayan C-130 tipli hərbi-nəqliyyat təyyarəsində olan 20 hərbi qulluqçu həyatını itirib.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyi açıqlayıb.

Xatırladaq ki, Azərbaycanın ərazisindən Türkiyəyə uçmaq üçün havaya qalxan hərbi təyyarə ötən gün Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb. Hadisə ilə bağlı xilasetmə və araşdırma işləri davam etdirilir.

Qəzanın səbəbləri ilə bağlı araşdırma qrupu fəaliyyətini davam etdirir.

Seçilən
56
34
teleqraf.com

10Mənbələr