AZ

Rusiyanın Ankaradakı səfirliyi də Türkiyəyə başsağlığı verib

Rusiyanın Ankaradakı səfirliyi Azərbaycandan Türkiyəyə uçarkən "C-130" hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı başsağlığı verib.

 

Senzor.az bildirir ki, səfirlik bununla bağlı "X" sosial media platformasında məlumat paylaşıb.

 

"Gürcüstanda baş verən təyyarə qəzasında türk əsgərlərinin şəhid olması xəbərini eşitdikdə böyük kədər hissi keçirdik. Onların ailələrinə və dost türk xalqına başsağlığı verir, şəhidlərə isə Allahdan rəhmət diləyirik", - paylaşımda bildirilib. 

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi daha əvvəl təyyarənin Azərbaycandan Türkiyəyə qayıdarkən Gürcüstan sərhədi yaxınlığında qəzaya uğradığını və təyyarədə 20 nəfərin olduğunu açıqlamışdı.

Seçilən
19
2
senzor.az

10Mənbələr