Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Şahinin ölüm xəbəri məni olmazın dərəcədə sarsıtdı. Axşam Hacı müəllimin (Hacı Hacıyev) oğlu zəng vurub bu acı xəbəri bildirəndə donub qaldım. İnana bilmirdim. 2 gün əvvəl danışmışdıq. Həmişəki kimi soruşdu ki, nə tapşırığın̈ız var? Mən də həmişəki kimi "Özündən muğayat ol " dedim. Gülüşüb sağollaşdıq. Demə özündən muğayat olmayıb...".
Ma.az xəbər verir ki, bu sözləri Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı dünən 61 yaşında vəfat edən müavini, Şahin Babayevin ölümü ilə bağlı paylaşımında bildirib.
Elçin Şıxlı daha sonra yazıb: "2006-cı ildə Hacı müəllim məni AJB-yə sədr gətirəndə bircə xahişi olmuşdu:"Şahindən muğayat ol". 20 il bir yerdə çalışdıq ,Hacı müəllim, sözümü tutmağa çalışdım. Amma görünür bura qədərmiş. İndi növbə Sizindir. Yanınıza uçdu. Yeri Uçmaqdır, inşallah.
Nə qədər axtardım birgə şəklimizi tapmadım
Yalnız bu qısa videonu tapdım. Sonuncu dəfə Zərdabi mükafatı törənində mənə dəstək verirdi. Allah rəhmət eləsin, Şahin! Cənnətlik olasan! Əlvida, əziz dost! Yerin çox görünəcək...".
MİA.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.