AZ

Konstitusiyamızın hüquqi qüvvəsi bütün ərazilərimizdə bərqərar edilib - Xanlar Fəyiyev

Bakı. Trend:

Bu gün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasınınqəbul olunmasının 30-cu ili tamam olur. Xalqımızın Ümummilli LideriHeydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrınayının 12-də keçirilən referendumda ümumxalq səsverməsi ilə qəbuledilən Azərbaycan Konstitusiyası ən mütərəqqi və demokratikdəyərlərə söykənir.

Hüquqi nizamlama prosesini müəyyən edən qanunlar arasında ənalisi Konstitusiyadır. Konstitusiya dövlətin quruluşunun, təməlininəsas prinsiplərini, siyasi, hüquqi və iqtisadi əsaslarını, ocümlədən cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı sivilmünasibətləri, vətəndaşların hüquqlarını, və məsuliyyətlərinitəsbit edir. Elə buna görə də Konstitusiyanı həm də ölkənin AnaQanunu, yaxud Əsas Qanunu adlandırırlar.

1991-ci il oktyabrın 18-də qəbul edilən “AzərbaycanRespublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktındayer alan müddəlardan biri də ölkəmizin yeni Konstitusiyanınhazırlanması ilə bağlı idi. Belə ki, bu sənədin 32-ci maddəsindəqeyd olunur ki, Konstitusiya Aktı Azərbaycan Respublikasının yeniKonstitusiyasının hazırlanması üçün əsasdır. Aydındır ki,müstəqilliymizin bərpası, yeni siyasi quruluşun və iqtisadimünasibətlərin yaranması hüquqi sferada islahatların həyatakeçirilməsini və əsas olaraq da yeni Konstitusiyanın qəbulunu tələbedirdi. Lakin 1991–1993-cü illərdə hakimiyyətdə olan qüvvələr bubarədə düşünmək belə istəmədilər. Həmin dövrdə KonstitusiyaAktından irəli gələn vəzifələrin yerinə yetirilməsi, müstəqildövlətçiliyin hüquqi və siyasi əsaslarının formalaşdırılması işihəyata keçirilmədi.

Yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə respublikamızdasiyasi rəhbərliyə gəlişindən sonra yeni Konstitusiyanınhazırlanması istiqamətində işlərə başlanıldı. Ümummilli LiderKonstitusiyanın layihəsi üzərində böyük əmək sərf etdi. Çünki qəbulediləcək yeni Konstitusiya respublikamızın bəyan etdiyiprinsiplərə, o cümlədən, dövrün tələb və çağırışlarına cavabverməli, xalqımızın milli maraqlarını, mənəvi dəyərlərini vədemokratik meyarları özündə ehtiva edən mütərəqqi sənəd olmalı idi.Həmin dövrdə dəfələrlə layihənin müzakirəsi aparıldı.

"Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiyaqəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasındademokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təminedən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - aliicra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqıniradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır" -deyəHeydər Əliyev müzakirələr zamanı bildirmişdi.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlananKonstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalqsəsverməsində qəbul edildi, noyabrın 27-də isə qüvvəyə mindi. Bumühüm siyasi hadisə tariximizə Heydər Əliyevin dövlət və xalqqarşısındakı ən böyük xidmətlərindən biri kimi həkk olundu. Hər birvətəndaşın, Azərbaycan cəmiyyətinin və dövlətinin həyatında mühümtarixi hadisə olan Konstitusiyanın qəbul edilməsi gününüəbədiləşdirmək və təntənəli qeyd etmək məqsədi ilə Ulu Öndərin1995-ci il dekabrın 15-də imzaladığı müvafiq fərmanla noyabrın12-si Azərbaycan Respublikasının Konstitusiyası günü elanedildi.

Azərbaycan Konstitusiyası qəbul edildikdən və qüvvəyə mindikdənsonra respublikamızda demokratik, hüquqi və dünyəvi dövlətquruculuğu prosesinə hüquqi baza yaradaraq, inkişafına güclü təkanverdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi.Yeni Konstitusiya insan və vətəndaş hüquqlarının, azadlıqlarınınmüdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarıüzərinə ümdə vəzifə olaraq qoydu.

“Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətininqurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmışKonstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığıtəcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli vəümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvidövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır” – deyə Prezidentiİlham Əliyev bildirib.

Əlbəttə, zaman, inkişaf və cəmiyyət həyatında baş verəndəyişikliklər qanunvericilikdə, o cümlədən Əsas Qanun olanKonstitusiyada da dəyişikliklərin edilməsini qaçılmaz edir. Ən alihüquqi qüvvəyə malik Konstitusiya da zamanın çağırışlarına cavabverməli, daim inkişafda olmalıdır. Bu baxımdan respublikamızda əldəolunan uğurların möhkəmləndirilməsi məqsədilə Konstitusiyada da birneçə dəfə dəyişikliklər edilib. 2002-ci il avqustun 24-dəreferendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu ilmartın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklikolunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadibazasının daha da güclənməsindən, vətəndaşların hüquq vəazadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlətprinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindənirəli gəlirdi.

2016-cı il sentyabrın 26-da keçirilən referendumlaKonstitusiyada üçüncü dəfə dəyişikliklər edilib. Konstitusiyanın 29maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatəetməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarınınvə bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları vəazadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq vəazadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətininartırılmasına yönəldi. Son dəyişikliyə əsasən idarəetmə sistemindəyeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradıldı.Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyətidarəetmə mexanizmində funksional institut olaraq yenilənənrespublikanın yeni idarəetmə modeli oldu.

5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyamızınpreambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyininvə ərazi bütövlüyünün qorunması niyyətlərdən biri kimi bəyanolunub. 11-ci maddəyə əsasən isə respublikamızın ərazisi vahiddir,toxunulmazdır və bölünməzdir. Lakin torpaqlarımızın işğalısəbəbindən dövlətimizin konstitusion əsasları kobud şəkildəpozulmuşdu. O cümlədən Azərbaycan vətəndaşlarının mülkiyyət,təhlükəsiz yaşamaq kimi konstituson haqqı tapdalanmışdı. Bu mənadabir neçə gün əvvəl başa çatmasının 5-ci ili tamam olan Vətənmüharibəsinin və 2023-cü ilin antiterror tədbirlərinin nəticəsiolaraq Konstitusiyamızın hüquqi qüvvəsi Qarabağ və Şərqi Zəngəzurdabərqərar edilib.

Zəfərimizin 5-ci, Konstitusiyamızın isə qəbulunun 30-cu ildönümüilə əlaqədar olaraq Prezident İlham Əliyevin 28 dekabr 2024-cü iltarixli Sərəncamına əsasən 2025-ci il respublikamızda “Konstitusiyavə Suverenlik İli” elan olunub. Bu qərar siyasi və hüquqitariximizə ali ehtiramın göstəricisi olaraq, ərazi bütövlüyümüzünbərpasından sonra daxil olduğumuz yeni mərhələdə qarşıda dayananideoloji vəzifələrin yerinə yetirilməsi baxımından siyasi-ictimaiəhəmiyyət kəsb edir.

Bütövlükdə, artıq Azərbaycan ictimaiyyəti 12 noyabr KonstitusiyaGününü əvvəlki illərlə müqayisədə fərqli və daha dolğun qarşılayır.Çünki Konstitusiyamızda bəyan olunan başlıca niyyətlərdən biri -ərazi bütövlüyümüz artıq bərpa edilib.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Seçilən
13
2
az.trend.az

3Mənbələr