AZ

Dumanlı hava nə vaxta kimi davam edəcək?

Bakı. Trend:

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidəolunur.

Trend xəbər verir ki, bu barədə MilliHidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, duman sinoptik şəraitlə əlaqədar olaraqgözlənilən atmosfer hadisəsidir. Gündüz saatlarında temperaturunyüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthinsoyuması və havanın temperaturunun aşağı düşməsi dumanın əmələgəlməsinə səbəb olub.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Şəmkir,Gəncə, Balakən, Qusar, Şamaxı, Qobustan, Bərdə, Göyçay, Zərdab,İmişli, Kürdəmir, Cəfərxan, Yevlax, Tərtər, Mingəçevir, Biləsuvarvə Ağdamda duman müşahidə olunur. Görünüş məsafəsi 50-200 metrədəkməhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin noyabrın15-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Məqalədə:
Seçilən
8
38
az.trend.az

10Mənbələr