AZ

Rusiya ilə danışıqlarda iştirak etmiş diplomat: İyrənclik edirlər

BAKI, 12 noyabr. TELEQRAF

“Rusiya nümayəndə heyəti İstanbulda keçirilən danışıqlar zamanı sülhə doğru atıla biləcək konkret addımları müzakirə etmək cəhdlərini görməməzlikdən gəlib, Ukraynanın mövcudluğunu inkar edib və “irəliləyiş” təəssüratı yaratmaq üçün WhatsApp qrupları yaratmağı təklif edib”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsya deyib.

“The Times” yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski ona Rusiya, ABŞ və NATO müttəfiqlərinin iştirakı ilə sülh prosesinə rəhbərlik etməyi tapşırıb. Diplomatın sözlərinə görə, bu il İstanbulda keçirilən üç görüşdə Rusiya nümayəndələr hər bir ukraynalı nümayəndə haqqında dosyelər gətiriblər.

“Onlar hər birimizin bioqrafiyasını çox yaxşı bilirlər və bəzən qəsdən təxribat xarakterli, olduqca iyrənc ifadələr işlədirdilər,” - Kislitsya bildirib. Onun sözlərinə görə, bu yanaşma Ukrayna nümayəndə heyətini özündən çıxarmaq və danışıqların pozulmasında onları günahlandırmaq məqsədi daşıyıb.

O əlavə edib ki, danışıqlarda ruslar təkidlə Ukraynanın kimliyini inkar ediblər: “Buna görə də, Ukrayna nümayəndə heyəti əvvəlcədən razılaşıb ki, tarix haqqında mübahisəyə girilməsin və dərhal gündəlik məsələlərin müzakirəsinə keçilsin”.

Seçilən
35
teleqraf.com

1Mənbələr