AZ

Xırdalanda üzərinə mərmər daşı düşən 45 yaşlı kişi ölüb

Abşeron rayonunda 45 yaşlı kişinin üzərinə yük avtomobilinə yüklədiyi mərmər daşı düşüb.

APA-nın məlumatına görə, hadisə ötən gün Xırdalan şəhərində baş verib.
Sumqayıt şəhər sakini 1980-ci il təvəllüdlü Ziyad Həsənov idarə etdiyi “Ford” markalı yük avtomobilinə mərmər daşı yükləyən zaman daş üzərinə düşüb.
Xəsarətlə xəstəxanaya yerləşdirilən Z.Həsənov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
40
4
apa.az

10Mənbələr