AZ

İRANIN GÖZLƏNİLMƏZ DÖNÜŞÜ: ABŞ-LA YAXINLAŞMA, RUSİYAYA ZƏRBƏ!

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirlərin qısa tezislərini təqdim edirik:

İranın xarici işlər naziri və vitse-prezidenti Məhəmməd İslami ölkənin nüvə texnologiyasına yeni baxışı ortaya qoydular. Onların fikrincə, İranın məqsədi nüvə silahı əldə etmək deyil, elmi-tədqiqat potensialına əsaslanan nüvə tədqiqat mərkəzi yaratmaqdır. Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) üzvü olmasa da, özünün nüvə tədqiqat mərkəzinə malikdir. Lakin belə bir mərkəzə sahib olmaq hələ nüvə ölkəsi statusu demək deyil. Mövcud vəziyyətdə İran yalnız ABŞ-a etibar edə biləcəyini düşünür.



İran parlamentinin spikeri Məhəmməd Qalibafın Pakistana səfəri də bu kontekstdə diqqət çəkir. O, İsraillə 12 günlük müharibə zamanı Pakistandan gördükləri dəstəyə görə təşəkkürünü bildirib. Regionda İran-İsrail münasibətlərindən o tərəfə keçməyən bu səfər zamanı əsas müzakirə mövzusu Əfqanıstanda sülh prosesi olub. İran üçün Əfqanıstan istiqamətində müharibənin dayandırılması strateji əhəmiyyət daşıyır. Ehtimal olunur ki, bu müharibənin əsas hədəfi Pakistanı zəiflətmək idi. Hindistan, İranla birgə Əfqanıstanı Pakistanın əleyhinə yönləndirməyə çalışsa da, istədiklərinə nail ola bilmədilər. Pakistan təkbaşına güclü mövqe saxladı və həm Türkiyədən, həm də bəzi ərəb ölkələrindən dəstək aldı.

Pakistanın Baş naziri Şahbaz Şərif dəfələrlə Azərbaycanın Pakistana göstərdiyi dəstəyi xüsusi qiymətləndirib. Bu dəstəyin mahiyyəti barədə isə yalnız məhdud çevrədəki rəsmilər və mütəxəssislər məlumatlıdır. Əfqanıstanın tamamilə məhv olmaması üçün orada müharibənin dayanması Pakistan üçün həyati əhəmiyyət kəsb edir.

Əgər İran İsraillə müharibədən qorxsaydı və bu təhlükəni ciddi qəbul etsəydi, Məhəmməd Qalibaf ölkəsinin Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış hərbi pakta qoşulmasından, yaxud “İslam NATO-su”nun yaradılmasından danışardı. Lakin belə bir açıqlama səslənmədi. Bu da göstərir ki, İran İsraillə müharibədən qorxmur.
Bu, nə Rusiyadan silah alınması, nə də Çinlə iqtisadi və hərbi əlaqələrin gücləndirilməsi ilə bağlıdır. İranın davranışı əsasən ABŞ-a olan inamdan qaynaqlanır. Qasım Süleymaninin öldürülməsinə göstəriş verən Donald Tramp İranda paradoksal şəkildə ümid yarada bilib. Çünki Süleymaninin ölümü təkcə ABŞ-ın maraqlarına deyil, eyni zamanda İran rəhbərliyindəki bəzi qrupların daxili hesablaşmalarına da uyğun idi. ABŞ-ın məqsədi İsrailin nəzarətində olan bir İrana sahib olmaqdır.

Trampın bu istiqamətdə başqa seçimi yoxdur. Süleymaninin öldürülməsi qərarı da məhz bu strategiyanın tərkib hissəsi idi. Bundan sonra İran və Tramp administrasiyası arasında bir neçə gizli və dolayı danışıqların aparıldığı bildirilir. Tramp İranla münasibətlərdə özünü rahat hiss edir və prosesin uzanmasını İranın onun səviyyəsinə “çatmasını gözləmək” kimi dəyərləndirir.

ABŞ modeli üzrə İran ordusunun idarəçiliyi də gündəmdədir. Bu, Yaxın Şərqdə ABŞ-ın artıq sınaqdan keçirdiyi üsuldur. Hətta ehtimal olunur ki, gələcəkdə İran ordusunun idarəsində yəhudi mənşəli şəxslər də yer ala bilər.

İran nüvə silahına malik deyil və bunu faktiki olaraq etiraf edib. Raket və pilotsuz uçuş aparatlarını satmaq və ya məhv etmək, bəlkə də ABŞ-ın sərəncamına vermək planları da istisna edilmir. Bunun əvəzində ABŞ-dan müəyyən maliyyə kompensasiyası gözlənilir.
Rusiya ilə münasibətlərdə isə İran yenidən sərt anti-Rusiya ritorikasına qayıdıb. Bəzi məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin Hizbullaha göndərilən İran silahlarının vurulmasına icazə vermək məqsədilə İsrailin xüsusi xidmət orqanı “Mossad”ın rəhbərini Kremldə qəbul edib. Bu, İranda ciddi rezonans doğurub. Ölkə daxilində isə keçmiş prezident Həsən Ruhani və sabiq xarici işlər naziri Cavad Zərifin həbsi üçün çağırışlar artır.

İranın Ukrayna müharibəsində iştirakı məsələsi də gündəmə gəlib. Rusiya Federasiyasından aldığı silahlar hesabına İran bu münaqişəyə cəlb edilə bilər. Bu isə onun ABŞ və İsrail ilə yaxınlaşma ehtimalını demək olar ki, aradan qaldıracaq.
İranın ABŞ-a doğru yönəlməsini göstərən əsas faktlardan biri də vitse-prezident Məhəmməd İslami və xarici işlər naziri Abbas Əraqçinin “nüvə mərkəzi” konsepsiyasını açıqlayarkən onların yanında İranın Ermənistandakı keçmiş səfiri Mehdi Sübhaninin olması idi. Bu, təsadüfi deyil. İran ABŞ-ın Ermənistanda atom elektrik stansiyası tikmək planına yardım göstərəcək və lazım olan enerjini İrandan ixrac etməklə təmin edəcək.
Digər tərəfdən, İranın Xəzər sahilində, Gülüstanda Rusiya modeli üzrə AES tikməsi iki məqsəd daşıyır:

Azərbaycanı bu layihələrdən kənarda saxlamaqla onun geosiyasi və geoiqtisadi dividendlərdən məhrum edilməsi;

Rusiyada geniş casusluq şəbəkəsi qurmaq üçün əlverişli şərait yaratmaq.
İran və Rusiya rəsmiləri artıq Rusiya-Qazaxıstan-Türkmənistan-İran dəmir yolu marşrutunu işə salıblar. Bu, “Şimal-Cənub” nəqliyyat dəhlizinin şərq qolunu təşkil edir. Bundan əlavə, iki ölkə arasında Mahaçqala limanı vasitəsilə konteyner daşımalarının təşkili barədə razılıq əldə olunub.

Bütün bu proseslər göstərir ki, İranın xarici iqtisadi fəaliyyəti əsasən siyasi məqsədlərə, xüsusilə də casusluq fəaliyyətlərinə bağlıdır. Ehtimal olunur ki, Putinin Rusiya Millətlərarası Şurasına azərbaycanlı təmsilçi təyin etməməsinin səbəbi də Rusiyada yaşayan bəzi azərbaycanlıların İranın maraqlarına uyğun fəaliyyət göstərməsi barədə əldə olunan məlumatlardır.

İranın siyasəti nadanlıq üzərində qurulub. Onun “mağara və qoyun-quzu siyasəti” adlandırılan bu yanaşması xüsusilə Azərbaycana yönəlmiş təbliğat verilişlərində açıq görünür. İran bundan əl çəkmir, əksinə, bu verilişlərdə artıq “İra” adlı uydurma obrazlarla belə ideoloji manipulyasiyalar aparılır. Hətta bəzi beynəlxalq ekspertlər Tehrandakı su qıtlığını da hökumətin savadsız idarəçilik metodları ilə əlaqələndirirlər.

İranın nadanlıqdan uzaqlaşması real görünmür. ABŞ-a doğru dönüş isə onun problemlərini yalnız yeni istiqamətdə dərinləşdirəcək. İran ya Ukrayna müharibəsinə cəlb olunacaq, ya da ABŞ-da yaşayan yəhudi mənşəli şəxslərin nəzarəti altına düşəcək.


Xəbər 22 dəfə oxunub.
Seçilən
36
xezernews.az

1Mənbələr