AZ

Mərmərin altında qaldı 45 yaşlı kişi ÖLDÜ

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Abşeron rayonunda 45 yaşlı kişinin üzərinə yük avtomobilinə yüklədiyi mərmər daşı düşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə ötən gün Xırdalan şəhərinin ərazisində baş verib.

Sumqayıt şəhər sakini 1980-ci il təvəllüdlü Ziyad Həsənov idarə etdiyi “Ford” markalı 77 JS 848 N-li yük avtomobilinə mərmər daşı yükləyən zaman daş üzərinə düşüb.

Xəsarətlə xəstəxanaya yerləşdirilən Z.Həsənov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
3
bakivaxti.az

4Mənbələr