AZ

Danimarka Ukraynaya BU QƏDƏR hərbi yardım AYIRDI

Danimarka hökuməti və parlament komitəsi Ukraynaya 1,4 milyard Danimarka kronu (təxminən 217 milyon ABŞ dolları) məbləğində 28-ci hərbi yardım paketinin detalları barədə razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yeni yardım paketi “Danimarka modeli” adlanan silahların birbaşa Ukraynada istehsalı üçün nəzərdə tutulan layihəyə əlavə 100 milyon kron maliyyə ayırmağı nəzərdə tutur.

Bundan əlavə, Danimarka Ukraynaya Amerika silahlarının alınması üçün nəzərdə tutulan PURL təşəbbüsünə 370 milyon kron, həmçinin NATO-nun Dəstək və Təchizat Agentliyi vasitəsilə alınacaq yanacaq üçün 80 milyon kron ayıracaq.

Zeynəb Rzayeva

Seçilən
18
1
bakivaxti.az

2Mənbələr