AZ

Kiçikhəcmli gəmi istifadəçilərinin nəzərinə!

Kiçikhəcmli
Fövqəladə Hallar Nazirliyi (FHN) dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib. 1news.az xəbər verir ki, müraciətdə deyilir:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-200 metr təşkil edəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, FHN kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

Seçilən
19
17
1news.az

10Mənbələr