Keçmiş deputat və Sünik bölgəsinin sabiq qubernatoru Vahe Hakopyan axtarışa verilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
"Cinayət Məcəlləsinin 277-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya özəl sektorda yaranan təsir, xüsusilə külli miqdarda əmlak ziyanına səbəb olduqda) və 296-cı maddəsinin 3-cü bəndi (xüsusən külli miqdarda çirkli pulların yuyulması) ilə başlanan cinayət işi çərçivəsində təqsirləndirilən Vahe Hakopyan 31 oktyabr 2025-ci il tarixində axtarışa verilib", - Baş Prokurorluğun açıqlamasında deyilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta