AZ

Sergey Lavrov: ABŞ məsələyə aydınlıq gətirmədi

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Rusiya üçün nüvə sınaqları məsələsinə aydınlıq gətirmədiyini bildirib.Turkustan.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında planlaşdırılan sammitə hazırlıq prosesini müzakirə etməyə hazır olduqlarını bəyan edib.Lavrov “Financial Times”ın “Rusiyanın ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığından əvvəl ABŞ-a sərt memorandum göndərdiyi və ABŞ-ın bu səbəbdən Rusiya ilə danışıqlardan vaz keçdiyi” iddiasına münasibət bildirərək, bunun “yalan” olduğunu vurğulayıb.Lavrov Putin və Tramp arasında qeyri-kağız formatda telefon danışığı ilə bağlı ABŞ-a memorandum göndərdiklərini ifadə edərək, "Bu memorandumun məqsədi iki liderin Ankoric görüşündə müzakirə olunan məsələləri və əldə olunan razılaşmaları amerikalı həmkarlarımıza xatırlatmaq idi. Sənəddə Anorajdan başqa, amerikalıların bəyənmədiyi hər hansı element yox idi" dedi.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
icma.az

2Mənbələr