AZ

Kolumbiya ABŞ ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdı

Kolumbiya hakimiyyəti ABŞ ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro açıqlama verib.

"Hüquq-mühafizə orqanlarına ABŞ təhlükəsizlik xidmətləri ilə bütün əlaqəni dayandırmaq əmri verilib", - ölkə başçısı sosial şəbəkədəki səhifəsində yazıb.

Prezidentin sözlərinə görə, sərəncam ABŞ hakimiyyəti Karib dənizində gəmilərə hücumları dayandırana qədər qüvvədə qalacaq.

O əlavə edib ki, narkotiklərlə mübarizə Karib hövzəsi vətəndaşlarının insan hüquqlarına hörmət edilməklə aparılmalıdır.

Seçilən
27
bakivaxti.az

1Mənbələr