Noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyənin C-130 hərbi-nəqliyyat təyyarəsinin qalıqları üzərində araşdırma başladılıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Axtarış-xilasetmə və qəza araşdırma qrupu Gürcüstan hökuməti ilə koordinasiyalı şəkildə Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqlarını araşdırmağa başlayıb", - məlumatda bildirilib.
Qeyd edək ki, C-130 təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub.