AZ

“Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda beynəlxalq konfrans keçirilir

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Noyabrın 12-də Bakıda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəstəyi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilir.Demokrat.az xəbər verir ki, tədbirdə əvvəlcə Konstitusiyaya həsr olunmuş videoçarx nümayiş etdirilib.Tədbirin açılışında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.Qeyd edək ki, konfrans çərçivəsində “Konstitusion dəyərlər və insan hüquqları: Qlobal trendlər və çağırışlar”, “Konstitusion prinsiplər: Qanunun aliliyinə aparan yol”, “Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi” və digər mövzular müzakirə olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
4
demokrat.az

5Mənbələr