AZ

"Bumüddəalar dövlət və xalq birliyinin iradəsinin təcəssümüdür" - Konstitusiya Məhkəməsinin sədri


Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Konstitusiyasının qəbul edilməsindən 30 il keçir" adlı məqaləsində mühüm məqamlara yer verib. F.Abdullayev öz yazısında qeyd edib ki, Konstitusiya dövlətin hüquqi təməlini formalaşdırır, suverenlik və dövlətçilik amili isə dövlətin siyasi-hüquqi və siyasi-ideoloji əsaslarını, həmçinin milli kimliyini və birliyini ifadə edir. SİTAT:
"Konstitusiyada öz əksini tapan prinsiplər, müddəalar dövlət və xalq birliyinin iradəsinin təcəssümüdür. Dövlətin qanunvericilik sisteminin bünövrəsini, əsasını təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya eyni zamanda ölkədə ictimai-siyasi sabitliyin, milli birliyin təminatı kimi çıxış edir. Bu Ali Qanun xalq hakimiyyəti, dövlətin əsasları, əsas insan və vətəndaş hüquqları və azadlıqları, vətəndaşların əsas vəzifələri, hakimiyyətlərin bölünməsi, hakimiyyət orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını və digər bir sıra mühüm müddəaları ehtiva edir".

Mətləb

Seçilən
23
baki-xeber.com

1Mənbələr