Ajans.az xəbər verir ki, Nərimanov rayonu ərazisində 1939-cu il təvəllüdlü Sevil Cəbrayıl qızı Hüseynova yaşadığı Hidayətzadə küçəsi ev 37 mənzil 21-in hamam otağında yıxılaraq kəllə-beyin travması alıb. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Faktla bağlı araşdırma aparılır.