Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqları üzərində araşdırmalara başlanılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 06:30-da axtarış-xilasetmə və qəza araşdırma qrupu Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə araşdırmalara başlayıb.
Xatırladaq ki, ötən gün Gürcüstanda Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 20 hərbçi həlak olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta