Xəzər və Nərimanov rayonlarında qaz xətlərinin yerinin dəyişdirilməsi, Yasamal rayonunda isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Xəzər rayonu üzrə Gülçülük yaşayış massivinin, Nərimanov rayonu üzrə Çermet qəsəbəsinin, S.Ələskərov, Hacı Murad, R.Şıxəliyev, V.Əmirsayadov, Ə.Rəcəbli, 1-ci və 2-ci Paralel, M.Uluqbəy, F.Yusifov, A.Nemətulla, Ə.Əliyev və Y.Çəmənzəmənli küçələrinin, Yasamal rayonu üzrə isə H.Cavid, Bülbül, Mətbuat, Azərbaycan, Azadlıq prospektlərinin, M.Müşfiq, N.Nərimanov, İ.Qutqaşenli, Ə.Ələkbərov, A.Sultanova, M.Fətəli, A.Şaiq, M.Muxtarov, M.Rahim, Zərgərpalan, S.Dağlı, T.Xəlilbəyli, İ.Səfərli, Nizami, Ü.Hacıbəyov, S.Vurğun, Xəqani, R.Behbudov, R.Rza, Mərdanov qardaşları, İçərişəhər və M.Rastropoviç küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Cebheinfo.az"