AZ

Nizami Rəmzinin qızına iş kəsildi: “Kaş atam o qadınla ailə həyatı qurmazdı” FOTO+ÖZƏL

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Bacım Reyhana 5 aylıq iş kəsiblər. Yanına getmişdim. Yalan xəbər var idi, yazmışdılar ki, guya narkotik satırmış. Xeyr, onun özündən başqa heç kimə ziyanı dəyməyib. Narkotik istifadəçisi kimi tutulub. Hər şey qaydasındadır. Səhhəti də yaxşıdır. Özünə də dedim ki, hazırda çox yaxşısan, həbsxanadan çıxandan sonra yenidən istifadə etmə. Hətta ona məsləhət gördüm ki, həbsdən çıxandan sonra reabilitasiya mərkəzinə getsin. Küçələrə düşməkdənsə reabilitasiya mərkəzində müalicə alsa daha yaxşı olar. Siz bir biləsiz ki, bacımın əlində nə qədər şanslar var. O müğənnidir. O qədər ona klip çəkdirmək istəyənlər, mahnı yazmaq istəyənlər var ki. Sadəcə özü istəmir. Əlinin tərsi ilə hər şeyi itələyir. Əslində peşman kimi danışırdı, təki çıxandan sonra da peşman olsun”.

Bunu Moderator.az-a açıqlamasında Nizami Rəmzinin qızı Heyran Baxşıyeva deyib.

O daha sonra əlavə edib:

“Mən Nizami Rəmzinin ilk nikahından olan və birinci övladıyam. Atam Reyhanın anası ilə evlənəndə nənəm dedi ki, “bu düzgün evlilik deyil, həmin qadın bizim ailəmizə yaraşan adam deyil”. Nənəm uzaqgörən insan idi. Çünki qadını tanıyırdı, görmüşdü, rəftarını bilirdi. Həqiqətən də o qadın nə Nizaminin özünə, nə də ailəsinə layiq idi. Çox qəribə bir şey idi ki, Nizami Rəmzi bu qadından, uşaqlardan ötrü az qala ölürdü, nəfəs alırdı. Təsəvvür edin ki, toydan gələndə birinci onların yanına gedirdi, pullarını verirdi, sonra evinə gəlirdi. Siyavuş Aslanın bir oğlu dindar, digər övladı isə narkoman idi. Amma qəribəsi burasındadır ki, onun narkoman övladından ötrü ürəyi gedirdi, canını verirdi onun üçün. Belə başa düşdüm ki, həyatda sakit təbiətli olanda ona məhəl qoymurlar. Hansı ki, bir az dələduz olur, baş qarışdırır, ondan ötrü hamının ürəyi gedir. Nizami Rəmzi əvvəldən adını fikirləşsəydi bu qadınla ailə həyatı qurmazdı. Əlbəttə ki, Nizami Rəmzi yaşasaydı onlar da bu vəziyyətə düşməzdi. Qoyardı heç övladları bu vəziyyətə düşsün? Hər şey həm də insanın özündən asılıdır. O demək deyil ki, sən yetimsənsə, anan-atan yoxdursa pis yollara düşməlisən. Bir az bic olmaq lazımdır bu həyatda. Bu qızın bicliyi yoxdur. Reyhanın ürəyi çox genişdir, gözəldir. Desən ki, ürəyini çıxart ver, verər”, - deyə Heyran Baxşıyeva deyib.

Qeyd edək ki, N.Kəmərli 2023-cü ildə Reyhanın acınacaqlı həyatını nümayiş etdirmişdi. Reyhan küçədə yaşayırdı. O, müalicə üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
moderator.az

1Mənbələr