AZ

Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası keçirilir

Noyabrın 12-si Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Gənclər Şurasının 8-ci iclası (AQEM-in Gənclər Şurası) başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AQEM-in Baş katibi Kayrat Sarıbay çıxış ediblər.

Bildirilib ki, AQEM-in Gənclər Şurasının birinci konfransı 2015-ci il avqustun 10-13-də Çinin paytaxtı Pekin şəhərində keçirilib. “Gənclər mübadiləsi və insanlararası əlaqələrin təbliği, gözəl Asiya cəmiyyətinin qurulması” mövzusunda tədbir rəsmi olaraq şuranın əsas hədəflərini və vəzifələrini müəyyənləşdirərək AQEM-in Gənclər Şurasının işləmə mexanizmini yaradıb.

Qeyd edək ki, AQEM platforması dünyada gərginlik yaradan amillərin, o cümlədən münaqişələrin, radikal yanaşmaların, terrorizmin aradan qaldırılması yollarını müəyyənləşdirir. AQEM-in iştirakçısı olan dövlətlər iqtisadi əməkdaşlıqla yanaşı, siyasi təhlükəsizliyin də əsasını yaradıb. İqtisadi maraqlar iştirakçı dövlətlər arasında bir-birinə siyasi dəstək vermək zərurətini yaradıb.

Seçilən
14
4
bakivaxti.az

5Mənbələr