AZ

Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 61000-dən çox sərnişin daşınıb

Bakı.trend:

Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlifistiqamətlərə 61000-dən çox sərnişin daşınıb

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədarrespublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal vəavtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli vədavamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimindəfəaliyyət göstərib.

Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinəAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarətolunub.

Bayram ərəfəsində, bayram və qeyri-iş günlərində Bakı BeynəlxalqAvtovağzal Kompleksindən (BBAK) bölgələrə 1360 reys həyatakeçirilib, 39982 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başınaçatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçünəlavə olaraq 250-dən çox reys həyata keçirilib.

Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarındanmüxtəlif istiqamətlərə 1477 reyslə 21193 sərnişin daşınıb.

Biletlər avtovağzalın kassalarından, eləcə dəhttps://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərətəqdim edilib. Sərnişinlərin 45%-i biletlərini onlayn qaydada“biletim.az” portalından əldə edib.

Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərintələbatı tam qarşılanıb və onların təhlükəsiz mənzil başınaçatdırılması təmin edilib.

Seçilən
39
13
az.trend.az

9Mənbələr