AZ

Paytaxtdan bölgələrə daşınan sərnişinlərin sayı açıqlandı

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Metbuat.az xəbər verir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub. Bayram ərəfəsində, bayram və qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə *1360* reys həyata keçirilib, *39982* sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 250-dən çox reys həyata keçirilib.Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə *1477* reyslə *21193* sərnişin daşınıb. Biletlər avtovağzalın kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin *45%-i* biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.

Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb və onların təhlükəsiz mənzil başına çatdırılması təmin edilib.

Seçilən
27
12
metbuat.az

9Mənbələr