AZ

İstanbulda həbs olunan bələdiyyə sədri azadlığa buraxıldı: Ürəyimin yarısı içəridə qaldı

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ötən il PKK üzvləri ilə gizli görüş, onlara dəstək və korrupsiya ittihamı ilə həbs olunan İstanbulun ən böyük rayonu olan  Esenyurt bələdiyyə sədri Ahmet Özer azadlığa buraxılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həbsindən bir il bir ay sonra günahsızlığı təsdiqlənən sabiq bələdiyyə sədri həbsxananın qarşısında jurnalistlərin suallarını cavablandırıb.

O, bütün ittihamlardan, o cümlədən tender saxtakarlığı və digər korrupsiya iddialarından tamamilə təmiz çıxdığını deyərək, həbsdə olan digər həmkarlarına diqqət çəkib: "Təbii ki, dünyadakı ən gözəl şey azadlıqdır. Ancaq mən bu gün azadlığın sevincini tam olaraq yaşaya bilmirəm. Ürəyimin yarısını geridə qoydum. Əkrəm İmamoğlu, Zeydan Karalar, digər bələdiyyə başçılarımız, bürokratlarımız və digər dostlarımız hələ də dəmir barmaqlıqlar arxasındadır".

Özer həmçinin "Terrorizmsiz Türkiyə" prosesi haqqında sualı da cavablandırıb və o, bu prosesdə oynadığı mühim rola görə, MHP sədri Dövlət Baxçalıya təşəkkür edib: "Biz sülh prosesindən keçirik. Ən böyük təəssüflərimdən biri prosesi dəstəkləyə bilməməyim idi. Cənab Baxçaliya səmimi və ürəkdən verdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm".

Samir Musayev

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
mia.az

1Mənbələr