AZ

Bakının bu küçəsində səki qəfil yoxa çıxıb VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Badamdar yolunda sakinlər səkilərlə bağlı narazılıq edirlər. 

Avtosfer.az xəbər verir ki, onların sözlərinə görə, yol kənarındakı səkilər yararsız vəziyyətdədir və piyadaların hərəkəti üçün ciddi təhlükə yaradır.

Sakinlər bildirirlər ki, səkinin müəyyən hissəsinə qədər asfalt örtüyü normal olsa da, sonrakı hissədə səki yoxa çıxır. Bu vəziyyət xüsusilə axşam saatlarında, işıqlandırmanın zəif olduğu vaxtlarda piyadalar üçün böyük risk yaradır.

“Gecə saatlarında yolu keçmək və ya səki ilə hərəkət etmək çox çətindir. Çuxurlar dərin olduğuna görə, bəzən məcburiyyət qarşısında qalaraq yolun kənarı ilə, avtomobillərin hərəkət hissəsindən gedirik. Bu da həm bizim, həm də sürücülərin həyatını təhlükəyə atır,” – deyə sakinlər bildiriblər.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
avtosfer.az

1Mənbələr