AZ

Bakıda “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda beynəlxalq konfrans keçirilir  

Noyabrın 12-də Bakıda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəstəyi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Konstitusiyaya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin açılışında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.

Qeyd edək ki, konfrans çərçivəsində “Konstitusion dəyərlər və insan hüquqları: Qlobal trendlər və çağırışlar”, “Konstitusion prinsiplər: Qanunun aliliyinə aparan yol”, “Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi” və digər mövzular müzakirə olunacaq.

Seçilən
11
4
azerbaijan-news.az

5Mənbələr