AZ

Vəziyyət gərginləşir: Bu ölkədən ABŞ qərarı - Dayandırıldı

Kolumbiya prezidenti Qustavo Petro ABŞ təhlükəsizlik qurumları ilə rabitə və kəşfiyyat paylaşımının dayandırıldığını elan edib.

Publika.az xəbər verir ki, Petro "X" hesabındakı paylaşımında Karib dənizi və Sakit okeanda davam edən ABŞ əməliyyatlarına reaksiya verib.

"Mən bütün səviyyələrdə ictimai təhlükəsizlik kəşfiyyatına ABŞ təhlükəsizlik qurumları ilə rabitə və kəşfiyyat paylaşımını dayandırmağı tapşırdım", - Kolumbiya prezidenti qeyd edib.

Petro sözügedən bölgədə fəaliyyət göstərən gəmilərə ABŞ-ın raket hücumları davam etdiyi müddətcə bu qərarın qüvvədə qalacağını bildirib: "Narkotiklərlə mübarizə Karib xalqının insan hüquqlarına üstünlük verilən şəkildə aparılmalıdır".

Seçilən
40
publika.az

1Mənbələr