Meksika prezidenti Klaudia Şeynbaum dünya çempionatının açılış oyununda iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Reuters" informasiya yayıb.
Mənbənin məlumatına görə, ölkənin xanım başçısı pərəstişkarına 00001 nömrəli bileti vermək qərarına gəlib.
Öz imtiyazlı yerini həmcinslərindən birinə təklif edən Şeynbaum belə deyib:
"Artıq qərarımı vermişəm. Açılış mərasiminə biletimi iştirak edə bilməyən, futbolu sevən qıza və ya gənc qadına verəcəm".
2026-cı il dünya çempionatının açılış matçı iyunun 11-də Mexikoda keçiriləcək. Meksikadan başqa turnirə ABŞ və Kanada da ev sahibliyi edir.
Mexiko 1970 və 1986-cı illərdə dünya çempionatının açılış oyunlarına ev sahibliyi edib. Beləliklə, "Azteca Stadium" tarixdə üç açılış matçına ev sahibliyi edən yeganə stadion olacaq.
Mirağa