ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Murad Arif sosial şəbəkə izləyicilərinə müraciət edib.
"Yeni Sabah" xəbər verir ki, o, "ınstagram" hesabında paylaşdığı yazıda şərh yazmağın əhəmiyyətindən danışıb.
Müğənni bildirib ki, həmfikir olduğu paylaşımlara şərh yazmaq həmin şəxsin fəaliyyətini dəstəkləyir və onu alqoritm baxımından daha görünən edir:
“Şərh yazmaq çox vacibdir. Sevdiyinə, bəyəndiyinə, həmfikir olduğuna şərh yazarkən alqoritm onun fəaliyyətini yüksəldir, yayır, cəlbedici edir”.
Murad Arif əksər izləyicilərinin sakit və ziyalı insanlar olduğunu, lakin sosial mediada şərh yazmağa o qədər də meyilli olmadıqlarını qeyd edib:
“Bilirəm ki, mənim heyranlarım əsasən sakit, ziyalı, mədəni adamlardır və şərh yazmaqla heç araları yoxdur... Amma bu 'virtual aləm' başqa cür işləyir. Siz o doğru sözləri yazmayınca, kiminsə gəlib yanlış yazma ehtimalı artır".
Murad Arif izləyicilərini dəstək üçün zaman-zaman şərh yazmağa çağırıb:
“Balansı dəyişin, sevdiklərinizə şərh yazın. Xeyir qalib gəlsin. Yaxşılar, yaxşı işlər, önə çıxsın. Odur ki, qarşınıza çıxan videolarıma, yeniliklərimə şərh yazın. Bu mənim üçün çox qiymətli və dəyərlidir. Sizi sevirəm”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.