AZ

Dünyaca məşhur aktrisa qocalar evində vəfat etdi - FOTO

"Hollywood"un tanınmış aktrisası Sally Kirkland 84 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, aktrisanın meneceri onun Palm Springsdə yerləşdiyi qocalar evində vəfat etdiyini bildirib.

Kirkland uzun müddətdir demans xəstəliyindən əziyyət çəkirdi və ölümündən bir neçə gün əvvəl xüsusi qulluq müəssisəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, 1941-ci il 31 oktyabrda Nyu-Yorkda doğulan Kirkland "Anna" (1987) filmindəki rolu ilə Oskar mükafatına namizəd olmuş və "Golden Globe" qazanmışdı. O, həmçinin "The Sting", "The Way We Were", "Revenge" və "Bruce Almighty" kimi filmlərdə rol alıb. Aktrisanın övladı olmayıb.

Fidan
Milil.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
34
1
milli.az

2Mənbələr