AZ

Parkinq üçün yer tapmadı - Toydakıları güllələdi

Şanlıurfanın Karaköprü rayonuna bağlı Seyrantepe məhəlləsində baş verən silahlı insident zamanı aralarında qadın və uşaqların da olduğu 7 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə sünnət mərasimi keçirilən bir küçədə yaşanıb. Məlumata görə, həmin binada yaşayan Mehmet E. adlı şəxs evinə qayıdarkən toy səbəbindən avtomobilini park edə bilməyib. Bu üzdən toy sahibləri ilə mübahisə edən şəxs, daha sonra ov tüfəngi ilə mərasim iştirakçılarına atəş açıb.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Əraziyə çoxlu sayda polis və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar yerində ilkin tibbi yardım aldıqdan sonra xəstəxanaya aparılıblar.

Həkimlərdən alınan məlumata görə, yaralılardan üçünün vəziyyəti ağırdır. Polis hadisədən sonra ərazidən qaçan şübhəlinin tutulması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Seçilən
28
manset.az

1Mənbələr