AZ

2026-cı ilin dövlət büdcəsində Azərbaycan kinosu üçün heç bir vəsait ayrılmayıb - Polad Bülbüloğlu

2026-cı ilin dövlət büdcəsindən Azərbaycan kinosu üçün heç bir vəsait ayrılmayıb. Mən bunun səbəblərini bilmirəm. Yəqin ki, Maliyyə və Mədəniyyət Nazirliyinin nümayəndələri bizə bunu izah edəcəklər.

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Azərbaycanın zəngin kino irsi var — “Arşın mal alan”dan “Babək”ə qədər bir çox film dünya miqyasında tanınıb və ölkəmizi təmsil edib. Bu kontekstdə kinoya heç bir maliyyə vəsaiti ayrılmaması çox böyük təhlükə yaradır.

Kino istehsal sahəsi xüsusi bilik və mütəxəssislər tələb edir. Əgər bu sahəyə dəstək olmasa, mütəxəssislər başqa sahələrə və ölkələrə yönələcək, nəticədə gələcəkdə kinomuz inkişaf edə bilməyəcək”, - deyə komitə sədri vurğulayıb.

Milli Məclis sədrinin müavini Rafael Hüseynov isə ona cavabında bildirib ki, kino Azərbaycan üçün çox vacibdir. 2-ci əsrin ortalarında da Azərbaycan kinosu çox böyük uğurlar qazanıb.

“Azərbaycanda kino sənayesinin inkişafı ilə bağlı istiqamətlər çoxdur. Onu da demək olaz ki, kino dayanacaq. Ayrı-ayrı özəl şirkətlər, qurumlar istiqamətində də kino inkişaf edir. Sadəcə gələcəkdə kinonun inkişafı üçün kino xadimlərinə, işçilərinə qurğuların gətirilməsi, vergilərdən azad etmə və s. bu kimi müəyyən imtiyazların verilməsi vacibdir. Tibb, idman və digər bu kimi sahələrdə oxşar praktika var”, - deyə R.Hüseynov qeyd edib.

Seçilən
37
2
kommersant.az

3Mənbələr