AZ

Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək

Bakı. Trend:

Bu ilin noyabrın 17-21-də quş qripi xəstəliyinə qarşı növbətiepizootoloji monitorinq keçiriləcək.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) məlumat yayıb.

Bilidirilib ki, monitorinq zamanı risk əsasında müəyyən olunmuşovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq,dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi iləyanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəliktörədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq vəbəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, ocümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailətəsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələrgötürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, suhövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq normavə qaydalarına əməl olunması üçün məqsədyönlümaarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək vəepizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüşnümunələr barədə məlumatlar "Epicollect 5" proqramına daxilediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutunMərkəzi Baytarlıq Laboratoriyasında müayinələri aparılacaq.

Məqalədə:
Seçilən
25
8
az.trend.az

10Mənbələr