AZ

Dumanlı hava nə vaxta kimi davam edəcək?

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Aznews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi dumanın əmələ gəlməsinə səbəb olub.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Şəmkir, Gəncə, Balakən, Qusar, Şamaxı, Qobustan, Bərdə, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Yevlax, Tərtər, Mingəçevir, Biləsuvar və Ağdamda duman müşahidə olunur. Görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır.

Seçilən
23
38
aznews.az

10Mənbələr