AZ

3I/ATLAS kometasından gələn sirli siqnalın mənası açıqlandı

Kosmosda müşahidə olunan 3I/ATLAS adlı qeyri-adi obyekt elm dünyasında böyük maraq doğurub. AzPost “Daily Mail”ə istinadla xəbər verir ki, Harvard Universitetinin tanınmış astrofiziki Avi Leb bu obyektin əslində kometa yox, yadplanetlilərə məxsus gəmi ola biləcəyini istisna etmir.

Alim son günlərdə qeydə alınan radio siqnalını təhlil edib və onun mənasını açıqlayıb. Lebin sözlərinə görə, siqnalın analizi obyektin miqyası və fiziki xüsusiyyətləri barədə dəqiq məlumat verir. Müşahidələr göstərir ki, 3I/ATLAS-ın səth temperaturu təxminən mənfi 42,7 dərəcə Selsi, diametri isə təxminən 9,6 kilometrdir. Onun en ölçüsü 4,8 kilometrə qədər çatır.

Avi Leb bildirir ki, bu qədər böyük ölçülər və “axınların” qeyri-adi sürəti təbii kometalar üçün xarakterik deyil. Əgər bu, adi kometa olsaydı, qaz və toz axınlarının belə məsafələrə yayılması aylarla çəkərdi. Lakin müşahidələr göstərir ki, bu proses çox qısa müddətdə baş verir.

Mütəxəssis hesab edir ki, obyektin kütləsi, parıltısı və hərəkət trayektoriyası təbii səma cismlərindən fərqlənir və bu, onun mənşəyinin süni ola biləcəyinə işarə edir. “Bu göstəricilər adi kometa üçün uyğun deyil. Kütlə itkisi, periheli artımı və ölçülər ciddi anomaliyaları göstərir”, – deyə alim vurğulayıb.

Xatırladaq ki, 3I/ATLAS obyekti 2025-ci ilin iyulunda aşkarlanıb və hazırda Yerə doğru böyük sürətlə yaxınlaşır. Elm adamlarının hesablamalarına görə, obyekt dekabr ayının ortalarında Yerə ən yaxın nöqtəyə çatacaq. Avi Leb bu kometanın davranışını “adi səma cismlərindən tam fərqli” adlandırır və onu “yad mənşəli obyekt” kimi xarakterizə edir.

AzPost.az

Seçilən
16
1
azpost.info

2Mənbələr