AZ

ABŞ-a görə ümumi səfərbərlik ELAN EDİLDİ

Venesuela hökuməti ölkənin Silahlı Qüvvələrində kütləvi səfərbərliyin başladığını elan edib.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumatda bildirilir ki, bu qərar ABŞ qüvvələrinin Karib dənizi regionuna köçürülməsinə cavab olaraq qəbul edilib.

 Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez sözlərinə görə, bu addım ABŞ-dan gələn “imperialist təhdidə” cavabdır.

Bundan başqa, müdafiə naziri Bolivar milisinin (vətəndaşlardan ibarət ehtiyat qüvvələrinin) iştirak edəcəyi hərbi təlimlərin başlanacağını da açıqlayıb.

Qeyd olunur ki, ABŞ-ın “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi daha əvvəl Cənubi Komandanlığın məsuliyyət zonasında yerləşib. Bu zona Latın Amerikası və Karib dənizini əhatə edir.

Musavat.com

Seçilən
18
1
musavat.com

2Mənbələr