ain.az, Modern.az saytına istinadən bildirir.
Dünən Azərbaycandan yola düşən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarədə olan 20 hərbçi həlak olub.
Qəzanın ardından müxtəlif dövlətlər Türkiyəyə başsağlığı verib.
Modern.az qəza ilə bağlı Türkiyəyə başsağlığı verən ölkələri təqdim edir:
Azərbaycan
Prezident İlham Əliyev dərhal Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayıb. Dövlətimizin başçısı Azərbaycanın Türkiyənin kədərini paylaşdığını vurğulayıb.
"Şəhid olan əsgərlərin xəbəri bizi dərindən sarsıtdı.Qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verirəm",-Prezident İlham Əliyev bildirib.
Gürcüstan
Gürcüstan Prezidenti Mixail Kavaleşvili qəzadan sonra verdiyi başsağlığında deyib: "Bu hadisı bizi dərindən kədərləndirdi və əlbəttə, ən çətin anlarından Türk xalqının yanındayıq".
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili də hadisəyə görə kədərləndiyini diqqətə çatdırıb.
Şimali Kipr Türk Respublikası
Şimali Kipr Prezidenti Tufan Erhurman, parlament spikeri Ziya Öztürklər və Baş nazir Ünal Üstel də basağlığı mesajları paylaşıblar.
"Şəhidlərə Allahdan rəhmət, ailələrinə, yaxınlarına və bütün Türkiyəyə başsağlığı və səbir arzulayıram", - Şimali Kipr Prezidenti Tufan Erhurman bildirib.
NATO
NATO-nun Baş katibi Mark Rutte də başsağlığı mesajı paylaşıb.
"Müttəfiqimiz Türkiyəyə və həyatını itirənlərin yaxınlarına ən dərin hüznlə başsağlığı veririk", - Rutte qeyd edib.
Qətər
Qətər əmiri Şeyx Təmim bin Həmid Əl Sani həyatını itirən əsgərlər üçün başsağlığı verib.
Pakistan
Baş nazirr Şahbaz Şərif təyyarənin qəzaya uğramasından hüznləndiyini vurğulayıb: "Türk qardaşlarımıza ən səmimi şəkildə başsağlığı verirəm".
Qazaxıstan
Prezident Qasım Jomart Tokayev də türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğana başsağlığı verib.
Kosova
Prezident Vjosa Osmani başsağlığı mesajında deyib: "Kosova bu çətin zamanda müttəfiqimiz Türkiyənin yanındadır".
İtaliya
İtaliya xarici işlər naziri və Baş nazirin müavini Antonio Tajani türkiyəli həmkarı Hakan Fidanı etiketləyərək paylaşdığı mesajında ölkəsinin bu çətin zamanda dost və mettəfiq Türkiyənin yanında olduğunu ifadə edib.
Ukrayna
Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Rüstəm Umerov kədərini dilə gətirib. "Bu çətin zamanda fikrimiz Türkiyə hökuməti və xalqının yanındadır".
Estoniya, Latviya və Litva da XİN səviyyəsində başsağlığı verib.
Fransa
Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması xəbərini böyük bir hüznlə öyrəndiklərin qeyd edilib.
"Axtarış-xilasetmə əməliyyatları davam etdiyi bir vaxtda fikrimiz həyatını itirənlərin ailələri ilə birlikdədir. Fransa bu tragik qəza qarşısında Türkiyə ilə həmrəy olduğunu ifadə etməkdədir".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.