AZ

İsrail Qəzzada daha bir NBM-in fəaliyyətini bərpa edib

Bakı. Trend:

İsrail Qəzza bölgəsinə humanitar yardımın daxil olmasını təminetmək üçün zolağın şimalında yerləşən “Zikim” nəzarət-buraxılışməntəqəsini yenidən açıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF)məlumat yayıb.

“Zikim” NBM-in fəaliyyətinin bərpa olunması ilə Qəzza zolağındaaktiv vəziyyətdə olan nəzarət-buraxılış məntəqələrinin sayı 3-əçatıb.

Ərazilərdə Hökumət Fəaliyyətlərinin Əlaqələndirilməsi üzrəƏlaqələndiricinin (COGAT) bəyanatında bildirilir ki, keçid siyasirəhbərliyin təsdiqi ilə açılıb və humanitar yardım TəhlükəsizlikNəzarət İdarəsinin yoxlamalarından sonra BMT və beynəlxalqtəşkilatlar tərəfindən çatdırılacaq.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr