Nəriman Axundzadə gələn yay "Qarabağ"ı tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, gənc futbolçuya "Böyük Beşlik" ölkələrindən təkliflər var. O, özü də karyerasını Avropada davam etdirmək istəyir.
Ağdam təmsilçisinin rəhbərliyi 21 yaşlı hücumçu üçün ən azı 2.5 milyon avro tələb edəcək.
Nərimanın "Qarabağ"la 2028-ci ilin yayına qədər müqaviləsi var. O, burada ümumilikdə 117 oyuna çıxıb və 31 qol vurub.
(sportinfo.az)