ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Türkiyə Futbol Federasiyasının mərc oyunlarına qatılan 1024 futbolçunun cəzalandırılması məqsədiylə Peşəkar Futbol İntizam Şurasına (PFDK) müraciət etdiyi futbolçular arasında adı olan "Qalatasaray"ın oyunçusu Eren Elmalı açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, açıqlamasında mərc oyunlarına illər əvvəl qatıldığını etiraf edib.
Eren Elmalı bildirib ki, 19-20 yaşı olanda qanunlardan bixəbər olub və bu səbəbdən futbol qumarına qoşulub:

"Mən bu "sistem"ə qoşulanda, 19 və ya 20 yaşımda idim. Düzünü deym ki, bu cür futbolçu olacağımı da o zaman xəyal etmirdim. Sonradan məndən böyük futbolçulardan biri mənə dedi ki, bu, qanunsuzdur. Ondan sonra bir daha mərc oyunlarına qatılmadım".
Xatırladaq ki, PFDK-yə verilən 1024 futbolçunun mərc oyunlarında iştirakı təsdiqlənərsə, o zaman onların hır biri 3 aydan 2 ilədək futboldan uzaqlaşdırma cəzası ilə üzləşəcək.
Fərid ASLAN
MİA.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.