AZ

Agentlik Əhmədlidəki sürüşmə ilə bağlı açıqlama yaydı


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakının Xətai rayonu, Gəncə prospektində yerləşən parkın ərazisində baş verən hadisə ilə bağlı açıqlama yayıb.
Yeniavaz.com
agentliyin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadla  məlumat verib.
Bildirilib ki, parkda suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.
Qeyd edək ki, bu gün Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən parkda torpaq sürüşməsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədir.
Seçilən
13
yeniavaz.com

1Mənbələr