AZ

Astarada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

ASTARA, 12 noyabr. TELEQRAF

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə saat 11 radələrində rayonun Təngərüd kəndi ərazisində qeydə alınıb. Belə ki, Astara rayonunun Kijəbə qəsəbə sakini Cəsarət Sübhan oğlu Əliyevin idarə etdiyi “Niva” markalı avtomobil, Təngərüd kənd sakini 1965-ci il təvəllüdlü Kamran Zair oğlu Məmmədovun idarə etdiyi “Mercedes-190” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Mercedes-190”un sürücüsü Kamran Məmmədov hadisə yerində dünyasını dəyişib. “Niva”nın sürücüsü və həmin avtomobildə sərnişin qismində olan 1991-ci il təvəllüdlü Fail İlqar oğlu Qüdrətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə təxliyə olunublar. Onların müalicəsi müvafiq şöbədə davam etdirilir.

Hadisə nəticəsində ölən Kamran Məmmədovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
1
3
teleqraf.com

4Mənbələr