AZ

Ermənistan Moskvanı kənara itələyir: Kiyevdən bahalı taxıl alır, fərqi Brüssel ödəsin deyir

Rusiya Xarici Kəşfiyyat Xidməti  iddia edir ki, Ermənistan siyasi məqsədlərlə Moskvadan uzaqlaşmağa və Ukraynanı dəstəkləməyə çalışır.

Musavat.com xəbər verir ki, bu məqsədlə İrəvan daha bahalı ukrayna taxılını almaq qərarına gəlib.

Ermənistan hakimiyyəti bunu “prinsip məsələsi” adlandırır: “Dostluq dostluqdur, amma pul ayrıca məsələdir,” – deyə hökumət nümayəndələri bildiriblər. Eyni zamanda İrəvan taxıl qiymətindəki fərqi Avropa İttifaqının kompensasiya etməsini təklif edib.

Lakin Brüssel hələlik tərəddüd edir. Aİ rəsmiləri bu addımın daimi ödəniş öhdəliyi yaradacağından ehtiyat edirlər. Üstəlik, dondurulmuş Rusiya aktivlərinin bu məqsədlə istifadəsinə Belçika hökuməti icazə vermir.

Musavat.com

Seçilən
10
musavat.com

1Mənbələr