AZ

Prezidentin səlahiyyətli nümayəndəsi təyin edildi

Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edildi.

XəzərNews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, 38 yaşlı C.Cəlilov 2024-cü ilin aprelindən Naxçıvan MR-in Baş naziri vəzifəsini icra edirdi.

Prezidentin digər sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.

Fuad Nəcəfli bu vəzifəyə 2022-ci ilin dekabrında təyin olunmuşdu.

Xəbər 4 dəfə oxunub.
Seçilən
31
6
xezernews.az

10Mənbələr