AZ

PAŞİNYAN SARKİSYANN İSTEFASINDAN DANIŞIB » AzadMedia.az

PAŞİNYAN

Karen Karapetyan mənə Serj Sarkisyanın istefa verəcəyini bildirmişdi.

Ermənistan mediası xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə 2018-ci il inqilabı zamanı baş verən hadisələrlə bağlı yeni detalları açıqlayarkən deyib.

O bildirib ki, sabiq Baş nazir Karen Karapetyan o dövrdə Serj Sarkisyanın tapşırığı ilə onunla görüşüb və hakimiyyətin onu azad etməyə, hərəkatı dayandırmağa hazır olduğunu deyib.

Paşinyan qeyd edib ki, söhbət zamanı ona Baş nazirin müavini vəzifəsi təklif olunmayıb: “İlk növbədə demək istəyirəm ki, mənimlə Baş nazirin müavini postu barədə heç bir danışıq olmayıb. Mən bu mövzunun müzakirəsinə belə icazə verməzdim. Əksini sübut edən hər hansı yazının mövcud olduğunu tamamilə inkar edirəm”, - Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, Karen Karapetyan “dolayı yolla, amma açıq şəkildə demədən” hərəkatın dayandırılması və onun azadlığa buraxılması təklifini səsləndirib.

“Mən cavab verdim ki, bu, mənim üçün qəbuledilməzdir. Serj Sarkisyan getməlidir”, - Paşinyan bildirib.

Siyasətçi əlavə edib ki, Karapetyan daha sonra bir neçə dəfə geri qayıdaraq müxtəlif variantlar təklif edib.

“O dedi ki, Serj Sarkisyan Frankofoniya sammitindən sonra istefa verəcək. Mən "yox" dedim. Daha sonra iyun ayını təklif etdi - yenə "yox" dedim. Mən dedim ki, o, bu gün getməlidir. Bundan sonra üçüncü dəfə gəlib dedi ki, Serj Sarkisyan getməyə razıdır. Bütün söhbətimiz bundan ibarət idi”, - Paşinyan qeyd edib.

Seçilən
20
9
azadmedia.az

3Mənbələr